“Çelsi”nin hücumçusu Pyer-Emerik Obameyanq karyerasını “Marsel”də davam etdirəcək. 

Qabonlu futbolçu Fransa təmsilçisi ilə 2026-cı ilin yayına qədər müqavilə imzalayacaq. Məşhur italiyalı insayder Fabritsio Romanonun məlumatına görə, “Çelsi” 34 yaşlı hücumçusun azad agent statusu ilə keçidinə razılıq verib.  Pyer-Emerik ötən mövsüm Premyer Liqada keçirdiyi 15 oyunda 1 qolla yadda qalıb.